Bakıda kişi arvadını bıçaqlayaraq öldürüb.
Manset.az xəbər verir ki, Xətai Rayon prokurorluğundan Manset.az-a bildirilib ki, fevralın 25-i saat Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilmişdir ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirmiş, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.