Lənkəranda 36 yaşlı kişi dəm qazından boğularaq ÖLDÜ

20:30 - 28 Fevral 2022

Lənkəranda 36 yaşlı kişi dəm qazından boğularaq ÖLDÜ

Lənkəran rayonunda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Manşet.az xəbər verir ki, hadisə Göyşaban kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Xəyal Ağacəfər oğlu Qasımov fevralın 27-də Bakıdan ailəsi ilə birlikdə Lənkərana gəlib. Həyat yoldaşı və iki azyaşlı övladını qaynatasıgildə qoyaraq ata evlərinə gedib. Ertəsi gün mərhumun qaynı yeznəsinin gəlmədiyini görüb onun ata evinə gəlib. Qapının bağlı olduğunu görərək geri qayıdıb. Daha sonra ailə üzvləri təkrar gəlib və pəncərədən evə daxil olanda onu huşsuz halda görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. X.Qasımovun bir müddət əvvəl keçindiyi məlum olub. Onun dəm qazından öldüyü ehtimal edilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır

report.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az