Bakıda avtomobillə motosiklet toqquşdu: ölən var

13:47 - 01 Mart 2022

Bakıda avtomobillə motosiklet toqquşdu: ölən var

Bakıda avtomobillə motosiklet toqquşub, ölən var.

 

Manset.az xəbər verir ki, hadisə fevralın 28-də paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Kənan Babayevin idarə etdiyi “KiA” markalı avtomobil hərəkətdə olan zaman qarşıdan gələn 1997-ci il təvəllüdlü Eldar Məmmədovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə E.Məmmədov aldığı bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az