Goranboy rayonundada bıçaqlanma olub.
Manşet.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib.
Sözügedən yerdə bıçaqlanan 1981-ci il təvəllüdlü Ramin Mansurov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata görə, R.Mansurovun avtomobilində texniki nasazlıq olduğundan o, yolun kənarında qalıb. Bu zaman bir neçə nəfər ona yaxınlaşaraq bıçaqlayıblar. Naməlum şəxslərin R.Mansurovun üzərindən 1000 manat pul apardığı da deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo