Külək ağacları yola aşırdı - VİDEO

16:41 - 04 Mart 2022

Külək ağacları yola aşırdı - VİDEO

Bakıda və regionlarda güclü külək və yağışla müşahidə olunan hava şəraiti fəsadsız ötüşməyib.

 

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Manset.az-a bildirilib. Məlumata görə, martın 4-də səhər saatlarında güclü külək nəticəsində Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol kənarındakı ağacların bir qismi yolun hərəkət hissəsinə aşıb. Müvafiq təhlükəsizlik tədbirləri görülüb. Qısa müddətdə yolun hərəkət hissəsi ağaclardan təmizlənib, yaranmış məhdudiyyət aradan qaldırılıb və nəqliyyatın hərəkəti təmin edilib.

Qeyd edək ki, ötən gün hava şəraitinin güclü külək və yağışla müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az