Bakıda qəribə hadisə: intihara cəhd etdi, təcili yardım maşınından qaçdı...

18:45 - 04 Mart 2022

Bakıda qəribə hadisə: intihara cəhd etdi, təcili yardım maşınından qaçdı...

Yasamal rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən Muxtar ağasıyevin cinayət işi üzrə ibtiadi istintaq başa çatıb.

Manşet.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz kərimovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 9-na təyin olunub.

Qeyd edək ki, 35 yaşlı Muxtar Ağasıyev Yasamal rayonunda yerləşən beşmərtəbəli binanın damına çıxaraq intihar etmək məqsədi ilə özünü yerə atıb. Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub. Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. Məlumata görə, həmin şəxsin psixi problemləri var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az