İranda yük qatarı aşdı - yaralılar var

19:33 - 08 İyul 2021

İranda yük qatarı aşdı - yaralılar var

İranın şimalında yerləşən Simnan vilayətində yük qatarı aşıb.

Manset.az xəbər verir ki, bunu İranın Simnan Qırmızı Aypara Cəmiyyətinin sədri Müzəffər Məhəmmədxani jurnalistlərə açıqlamasında deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, Aradan-Sorxə arasında qatar relsdən çıxıb. Nəticədə maşinist və iki köməkçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məhəmmədxani deyib ki, hadisəyə səbəb qatardakı texniki nasazlıq olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az