“London Taxi” əvvəlcə piyadanı, sonra maşını vurdu - Ölən var

15:20 - 14 Mart 2022

“London Taxi” əvvəlcə piyadanı, sonra maşını vurdu - Ölən var

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində taksinin vurduğu piyada xəstəxanada ölüb.

 

DİN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, martın 13-də saat 22 radələrində R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında piyada Nurlan Hümbətovu vurub.

Daha sonra orada dayanmış “Mitsubishi” markalı avtomobilə çırpılıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ-də araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az