Sabunçu-Zabrat yolunda qəza baş verib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə "VAZ 2107" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Qəza yolda böyük avtomobil tıxacın yaranmasına səbəb olub.