Azərbaycanda binanın damında meyit tapıldı

13:41 - 16 Mart 2022

Azərbaycanda  binanın damında meyit tapıldı

Sumqayıtda binanın damında meyit tapılıb.

 

Manset.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1963-cü il təvəllüdlü Mərdəliyev Altay Teymur oğlunun meyiti aşağı düşürülərək aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az