“Siyəzən Broyler”də güclü YANĞIN

10:06 - 19 Mart 2022

“Siyəzən Broyler”də güclü YANĞIN

Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-nin ərazisində yanğın olub.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 1120 kvadratmetr olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 kvadratmetr sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az