Xaçmazda 42 yaşlı kişi bıçaqlandı

19:09 - 19 Mart 2022

Xaçmazda 42 yaşlı kişi bıçaqlandı

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Elman Qəzənfər oğlu Namazov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

E.Namazova döş qəfəsinin ön nahiyəsinin sağdan kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Faktla bağlı araşdırma başlanılıb.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az