SON DƏQİQƏ: Bakıda yanacaq daşıyan avtomobil aşdı - ölənlər var - FOTOLAR

15:49 - 21 Mart 2022

SON DƏQİQƏ: Bakıda yanacaq daşıyan avtomobil aşdı - ölənlər var - FOTOLAR

Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib. Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az