Bakıda yük avtomobili ilə minik maşını toqquşub, 2 nəfər ölüb

23:40 - 21 Mart 2022

Bakıda yük avtomobili ilə minik maşını toqquşub, 2 nəfər ölüb

Bakıda yük avtomobili ilə minik maşını toqquşub, 2 nəfər ölüb.

Bu barədə  Manşet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunda ”MAN” markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az