Bakıda iki ev Yandı

19:25 - 25 Mart 2022

Bakıda iki ev Yandı

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Xəzər rayonunda tikinti materialları satışı mağazasında baş vermiş yanğın barədə yeni məlumat yayıb.

 

Manşet.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda, hasara alınmış ərazidə 230 m² sahədə tikinti materialları, yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və həyətyanı sahədə ümumi sahəsi 16 m² olan külafirənginin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 230 m² olan birmərtəbəli mansarda tipli evin yanar konstruksiyaları və ümumi sahəsi 270 m² olan mansarda tipli evin ondulindən ibarət dam örtüyü 200 m² sahədə yanıb.

 

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az