Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə VAZ markalı avtomobilə, daha sonra isə yolun kənarında olan ağaca çırpılıb.
Qəza zamanı “Mercedes”in sürücüsü, 1987-ci il təvəllüdlü Talıbov Teymur ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo