Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq OLDU

15:02 - 26 Mart 2022

Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq OLDU

Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyindən Manşet.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 11.000 manat dəyərində mobil telefonların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az