Bayram günləri 200-dən çox adam zəhərləndi

11:26 - 28 Mart 2022

Bayram günləri 200-dən çox adam zəhərləndi

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib.

 

Tibb müəssisəsindən Manset.az-a verilən məlumata görə, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə  uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az