Balakəndə uşaq bağçasında yanğın OLDU

20:12 - 28 Mart 2022

Balakəndə uşaq bağçasında yanğın OLDU

Balakəndə körpələr evi-uşaq bağçasında yanğın baş verib.

Manşet.az xəbər verir ki, bu gün axşam saatlarında rayonun Qazma kəndində ümumi sahəsi 400 kv/m olan 2 saylı körpələr evi-uşaq bağçasında yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində inzibati binanın dam örtüyü 10 kv/m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az