Gəncədə təcili tibbi yardım avtomobili qəza törətdi, sürücüsü yaralandı - FOTO

21:42 - 28 Mart 2022

Gəncədə təcili tibbi yardım avtomobili qəza törətdi, sürücüsü yaralandı - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki,  hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "UAZ "markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşən "UAZ" markalı avtomobil Gəncə şəhər təcili tibbi yardım maşını olub.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az