5 dəqiqəyə 500 mənzil satan MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürdü - 10-GY-555 (VİDEO)

10:30 - 31 Mart 2022

5 dəqiqəyə 500 mənzil satan MİDA sədrinin müavini yol polisinin üstünə maşın sürdü - 10-GY-555 (VİDEO)

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

 

Manset.az avtosfer.az-a istinadən xəbər verir ki,  10-GY-555 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az