Xaçmaz rayonunda 28 yaşlı gənc özünü bıçaqlayıb.
Manşet.az xəbər verir ki, hadisə rayonun Palçıqoba kəndində qeydə alınıb.
Beləki, 1994-cü il təvəllüdlü Elbrus Kamil oğlu Məlikov bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya qarının ön divarının deşilmiş-kəsilmiş, daxilə keçən yarası diaqnozu qoyulub.
E.Məlikov izahatında bildirib ki, özü-özünü bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Report