Bakının mərkəzində güclü partlayış olub.
Manset.az Haqqın.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində “Location” klubunda ("Room" klubunun qarşısında) baş verib.
Bildirilir ki, ölənlər və yaralananlar var. Klubun martın 18-də fəaliyyətə başladığı qeyd edilir.
***
Report-un məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış habelə yanğınla nəticələnib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.
Manset.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, partlayış Tərlan Əliyarbəyov 13 ünvanında yerləşən "Gourmet"də baş verib. Nəticədə bir nəfər ölüb. Çox sayda yaralı var. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılır.