Səhiyyə Nazirliyindən dəhşətli partlayışla bağlı AÇIQLAMA - "31 yaralı var.."

04:14 - 03 Aprel 2022

Səhiyyə Nazirliyindən dəhşətli partlayışla bağlı AÇIQLAMA - \"31 yaralı var..\"

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

 

Manset.az xəbər verir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyindən bildirilib.

"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir.

***

TTTYX-dən APA-ya verilən məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az