Bakıda 38 yaşlı kişi tanışını qətlə yetirib.
Sabunçu Rayon prokurorluğundan Manset.az-a bildirilib ki, aprelin 2-də Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Adəm Quliyev şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.