40 yaşlı kişi tanışı tərəfindən öldürüldü

11:07 - 05 Aprel 2022

40 yaşlı kişi tanışı tərəfindən öldürüldü

Bakıda qətl törədilib.

 

Nəsimi rayon Prokurorluğundan Manset.az-a verilən məlumata görə aprelin 4-də Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Rabil Qasımov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az