Bakı-Yevlax yolunda qəza - ölən var

11:50 - 09 Aprel 2022

Bakı-Yevlax yolunda qəza - ölən var

Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki,  hadisə şosenin Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mersedes" markalı avtomobil eyni istiqamətdə gedən "Opel" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Opel" də olan sərnişin 1998-ci il təvəllüdlü Tarverdiyev Qhir Nazir oğlu ağır xəsarət alaraq, xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az