Bakıda qətl törədilən “pub”da yanğın oldu - VİDEO

13:55 - 09 Aprel 2022

Bakıda qətl törədilən “pub”da yanğın oldu - VİDEO

Xətai rayonu Xocalı prospektində yerləşən “Beerlin Pub”da yanğın olub.

 

Manset.az xəbər verir ki, “Beerlin Pub”ın baca sistemində baş verən yanğın hadisə yerinə çağırılan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.

Qeyd edək ki, bir müddət öncə “Beerlin Pub” dəhşətli qətl hadisəsi ilə gündəmə gəlmişdi. Belə ki, 2021-ci il avqustun 30-da sözügedən “pub”ın mühafizəçisi Orxan Şahbazov 1980-ci il təvəllüdlü Vüqar Mustafayevi döyərək öldürmüşdü.

Həmin insidentdən sonra “Beerlin Pub”la bağlı aparılan müzakirələrdə buranın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.

Qeyd edək ki, bu barədə ilk məlumat “Qafqazinfo”da yayılıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az