Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

09:25 - 11 Aprel 2022

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.

 

Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.

 

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

 

Faktla bağlı cinayət işi başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az