Salyanda ağır qəza - ölən və yaralananlar var

19:38 - 11 Aprel 2022

Salyanda ağır qəza - ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında ölən və xəsarət alanlar var.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun köhnə Ələt-Astara magistralının Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ceep” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb, iki nəfər kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az