SON DƏQİQƏ: Maşın aşdı, üç nəfər yaralandı

21:18 - 11 Aprel 2022

SON DƏQİQƏ: Maşın aşdı, üç nəfər yaralandı

Zaqatalada üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu, Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayonu, Hənifə kənd sakini Ruslan Qədirov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə, avtomobili aşırıb.

Hadisə zamanı avtomobildə olan üç Balakən rayon sakini aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az