SON DƏQİQƏ: 5 yaşlı uşağı maşın vurdu

20:44 - 12 Aprel 2022

SON DƏQİQƏ: 5 yaşlı uşağı maşın vurdu

Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə bu gün günorta saatlarında rayonun Dağlı kəndində baş verib.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü Bayramov Tunar Surac oğlu “Changan” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan beş yaşlı Tunar Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az