Xəstəxananın xanım əməkdaşları qəzaya düşdü

00:02 - 17 Aprel 2022

Xəstəxananın xanım əməkdaşları qəzaya düşdü

Qəbələdə xəstəxana işciləri qəzaya düşüb.

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qəbələ-Qəmərvan avtomobil​ yolunda baş verib.

Belə ki, Ellada Abdurrəhmanovanın idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Seymur Fərziyevin idarə etdiyi “Mecedes” markalı minik maşını toqquşub.​

Nəticədə, “Mitsubishi”nin sürücüsü Ellada Abdurrəhmanova, onun sərnişinləri Aytən Quliyeva və Sevil Şükürova aldıqları ağır bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, xəsarət alan hər üç qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasında çalışırlar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az