Şəkidə mikroavtobus məktəblini vurdu

21:43 - 21 May 2022

Şəkidə mikroavtobus məktəblini vurdu

Şəkidə mikroavtobus məktəblini vurub.

Manşet.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, hadisə bu gün axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Xəsarət alan 12 yaşlı Elvin Məmmədli Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, piyadanı vuran mikroavtobus Zaqatala-Bakı istiqamətində hərəkətdə olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az