Azərbaycanda dəhşətli HADİSƏ: 82 yaşlı qadın yanaraq öldü (FOTOLAR)

08:23 - 28 May 2022

Azərbaycanda dəhşətli HADİSƏ: 82 yaşlı qadın yanaraq öldü (FOTOLAR)

Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az