Mikroavtobus aşdı- 7 nəfər yaralandı

21:57 - 28 May 2022

Mikroavtobus aşdı- 7 nəfər yaralandı

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az