Gəncə şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Semyonova Vitalina Yakovlevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.