Göygöldə avtomobil restoranın həyətinə aşıb- Xəsarət alanlar var

20:50 - 30 May 2022

Göygöldə avtomobil restoranın həyətinə aşıb- Xəsarət alanlar var

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manşet.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.

Nəticədə 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az