Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub- Ölən və xəsarət alan var

22:07 - 06 İyun 2022

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub- Ölən və xəsarət alan var

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı bir nəfər ölüb, xəsarət alan var.

Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az