Şəmkirdə bir ailənin 6 üzvü ZƏHƏRLƏNDİ

22:30 - 06 İyun 2022

Şəmkirdə bir ailənin 6 üzvü ZƏHƏRLƏNDİ

Şəmkir rayonunda aralarında uşaqlar da olmaqla bir ailənin 6 üzvü zəhərlənib.

Manşet.az report-a istinadən xəbər verir ki,  hadisə Seyfəli kəndində qeydə alınıb.

Kənd sakinləri - 1983-cü il təvəllüdlü M.Mehdixanov, 1978-ci il təvəllüdlü K.Məmmədova, 2008-ci il təvəllüdlü Z.Mehdixanova, 2011-ci il təvəllüdlü L.Mehdixanova, 2011-ci il təvəllüdlü Y.Məmmədov və 2017-ci il təvəllüdlü C.Məmmədov zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az