Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dünyasını dəyişib.
Manset.az xəbər verir ki, o, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edib.
Uzun illər BDU-nun Jurnalistika fakültəsində çalışmış tanınmış publisist bu gün doğulduğu Tovuz rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!