Biləsuvarda ağır qəza - maşın ikiyə bölündü

20:26 - 07 İyun 2022

Biləsuvarda ağır qəza - maşın ikiyə bölündü

Biləsuvar rayonunda yol qəzası baş verib.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.

Daha sonra zərbənin təsirindən "VAZ 2106" markalı minik avtomobili iki yerə parçalanıb. Onun sürücüsü və sərnişini xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az