Biləsuvar rayonunda baş verən dəhşətli yol qəza təhlükəsizlik kameralarına düşüb.
Manşet.az report-a istinadən xəbər verir ki, qəza görüntülərində “Mitsubishi” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşma anı əks olunub.
Nəticədə, zərbənin təsirindən “VAZ 2106” markalı minik avtomobili iki yerə bölünüb.
Həmin videonu təqdim edirik:
***
Biləsuvar rayonunda yol qəzası baş verib.
Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.
Belə ki, "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.
Daha sonra zərbənin təsirindən "VAZ 2106" markalı minik avtomobili iki yerə parçalanıb. Onun sürücüsü və sərnişini xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.