Qubada elektrik dirəyinə çıxıb intihar etmək istəyən şəxs fikrindən daşındırıldı

19:06 - 08 İyun 2022

Qubada elektrik dirəyinə çıxıb intihar etmək istəyən şəxs fikrindən daşındırıldı

Qubada intihara cəhd edilib.

Manşet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Vladimirovka kəndində bir nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az