Bakıda 21 yaşlı gənc qızı avtomobil vurub.
Manset.az "report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Əhmədli Nəzrin Müşfiq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.