Azərbaycanda avtomobil ağaca çırpıldı: xəsarət alan var - FOTO

19:22 - 09 İyun 2022

Azərbaycanda avtomobil ağaca çırpıldı: xəsarət alan var - FOTO

Oğuz rayonunda avtomobil ağaca çırpılıb, xəsarət alan var.

 

Manset.az Report-a istinadla xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini Seymur Bəhmən oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az