Azərbaycanda yük avtomobili və kuzovunda saman presləri YANDI

20:45 - 09 İyun 2022

Azərbaycanda yük avtomobili və kuzovunda saman presləri YANDI

Yevlax rayonu Ərəş kəndində yük avtomobili və kuzov hissəyə yığılmış saman presləri yanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Yevlax rayonu Ərəş kənd sakini 1963-cü il təvəllüdlü Cahangirov Qabil Cahangir oğluna məxsus 55-BN-479 dövlət nömrə nişanlı Zil-130 markalı yük avtomobili və kuzov hissəyə yığılmış 240 ədəd saman presi yanaraq istifadəyə yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının baş verməsinə səbəb nəqliyyat vasitəsinin texniki nasazlıq olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az