Bakının Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılıb.
İlkin araşdırmalar zamanı ölən qadının paytaxt sakini, 1964-cü il təvəllüdlü Həcərxanım Məmmədova olması məlum olub. Belə ki, mancanaqda əlini yumağa çalışan qadının boynunun hərəkət edən dirsəyin arasında qalması səbəbindən öldüyü məlum olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.