Ağcabədidə iti gölməçəyə salaraq işgəncə verdilər - VİDEO

10:42 - 13 İyun 2022

Ağcabədidə iti gölməçəyə salaraq işgəncə verdilər - VİDEO

Ağcabədi rayonunda itə şiddət göstərilib.

 

Manset.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Belə ki, itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, yayılmış videogörüntü ilə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır:

“Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az