Vətən müharibəsi iştirakçısı tanışını bıçaqladı

11:30 - 13 İyun 2022

Vətən müharibəsi iştirakçısı tanışını bıçaqladı

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. 

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, toydan sərxoş halda çıxan şəxslər arasında mübahisə düşüb.

Nəticədə Ağdaş rayonunun Mürsəl kənd sakini, 2000-ci il təvəllüdlü Səbuhi Abdullayev Malay kənd sakini, 1993-cü il təvəllüdlü Alim Alcanovu bıçaqlayıb. 

O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S.Abdullayev Vətən müharibəsi iştirakçısıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az